31 Mart, 2017
Çində müsəlmanlara qadağalar tətbiq edilib
Çin hökuməti yerli müsəlmanlara təzyiqlər göstərməyə davam edir.

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən məlumatına görə, Çinin Sints-Zyan Uyğur muxtar dairəsinin rəhbərliyi uzun saqqalı və üzü örtən yaylıqları qadağan edib.

Qanun aprel ayının 1-dən qüvvəyə minir. Həmçinin dini kəbinin kəsilməsi və “insanların dünyəvi həyatına müdaxilə üçün müsəlman müqəddəslərin adının çəkilməsi” də qadağan edilir.

Qeyd etmək lazımdır ki, adıçəkilən dairənin əhalisinin əksəriyyəti müsəlman uyğurlardır.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6548.html