
14 yaşlı müsəlman Yaşa Aslı Böyük Britaniyanın “Leicester" Universitetində müəllim kimi işə başlayıb.
Ahlibeyt.az-ın Maide.info-ya istinadən verdiyi xəbərə görə, gənc riyaziyyatçı dahi 13 yaşında universitetdə müəllim işləmək üçün müsahibədən keçib. O öz rəqbilərini geridə qoyub və işə qəbul olub.
İndi o özündən yaşca böyük tələbələr üçün həftəlik seminarlar təşkil edir. “Bu, mənim həyatımın ən yaxşı illəridir. Universitetə gedərək, tələbələrə kömək etməkdən xoşum gəlir. Məktəbli forması geyindiyim günlər sona çatdı...”, - deyə “canlı kalkulyator” ləqəbli yeniyetmə bildirib.
O, 8 yaşında olarkən orta məktəbin riyaziyyat kursunu dünya üzrə ən yüksək qiymətlə bitirən, (yəni 100 xaldann 100-nü də toplamış) ilk uşaqdır.
Hazırda Yaşa Esli ali məktəbin sonuncu kursundadır və doktorluq dissertasiyası yazmağı planlaşdırır.