
İraqın hüquq-mühafizıə qüvvələri ölkənin Səlahəddin əyalətində İmam Əli ən-Nəqi(ə) və İmam Həsən əl-Əskərinin(ə) barigahında törədilən terror aktının müəllifi Əbu Əbdur-Rəhmanı həbs ediblər.
Əbu Əbdur-Rəhman həmçinin İraq ərazisində törədilmiş digər terror aktlarının da müəllifidir.
Xatırladaq ki, Əskəriyyə məqbərəsi 22 fevral 2006-cı ildə partladıımışdı. Nəticədə onlarla insan şəhid olmuş və yaralanmışdı. Terror aktının icraçısı Tunis vətəndaşı Yusri Faxir Məhəmməd Əli ət-Tariq həbs olunub edam olunsa da, həmin terror aktının müəllifi azadlıqda idi.