30 Mart, 2017
Dərbənddə məktəblilər üçün `Terrorizm - ümumdünya problemi` dəyirmi masa - Foto

Dərbənddə "Terrorizm - ümumdünya problemi" - məktəblilər üçün dəyirmi masa təşkil olunub.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, Dağıstan respublikaslnın Dərbənd şəhərində mart ayının 15-dən aprel ayının 15-dək orta məktəblərdə “Terrorizm – ümumdünya problem” adı altında dəyirmi masalar təşkil olunur.

Dərbənd "Came" məscidinin ruhanisi Hacı Eldar İbrahimov açıqlamasında bildirib ki, bu dəyirmi masaların təşkilində məqsəd məktəbliləri terrorizmin təhlükəsi ilə bağlı maarifləndirməkdir.

O əlavə edib ki, dəyirmi masada valideynlərin uşaqların tərbiyəsində rolu, yeniyetmə və gənclərin elmi səviyyəsinin artırılması, onların həyatdakı məqsədləri və gəncləri təkfirçi terrorçu qruplara yönəldən işsizlik probleminin həlli kimi məsələlər müzakirə olunur. Bu problemlərin həlli üçün məsləhətlər verilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6539.html