29 Mart, 2017
Avstriyada ictimai yerlərdə niqab və burqa geyinilməsi qadağan olunub

Avstriyada ictimai yerlərdə üz və bədəni tam örtən burqa (paranca) və niqabın geyinilməsi qadağan edilib.

Ahlibeyt.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu məsələ Avstriya hökumətinin martın 28-də qəbul etdiyi qaçqınların inteqrasiyası üzrə tədbrilər proqramına salınıb.

Bundan başqa, ictimai yerlərdə “Quran”ın nüsxələrinin pulsuz paylanması da qadağan olunub.

Sənədə əsasən, qaçqınlar və miqrantlar bir il inteqrasiya kursuna gedib, alman dilini öyərənəcəklər. Onlara Avstriya cəmiyyətinin mədəni dəyərləri izah ediləcək. Hökumət qaçqın və mühacirlərin cəmiyyətə inteqrasiya proqramına 200 milyon avro xərcləyəcək.

Avstriyanın xarici işlər naziri Sebastian Kurts hesab edir ki, bununla da miqrantlar Avstriya cəmiyyətinin dəyərlərinə yiyələnəcəklər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6534.html