7 Yanvar, 2012
Zülm qarşısında sükut etmək caiz deyil!

Səudiyyə Ərəbistanının tanınmış şiə alimi Ayətullah Baqir əl-Nimr dünən Cümə xütbəsində Ali Səud rejiminin daxili işlər nazirinin Əvəmiyyə bölgəsində şiələrin etiraz aksiyası barədə yaydığı bəyanatı sərt tənqid edib.

Ali Səud rejiminin zalım və sitəmkar olduğunu deyən alim zalımların öz hökümətlərini istəsələr belə axıra kimi davam etdirə bilməyəcəklərini diqqətə çatdırıb.

23 nəfər şiənin həbs edilməsini sərt tənqid edən alim deyib ki, zülmün və zalımların qarşısında sükut etmək caiz deyil və buna etiraz edilməlidir. Əvəmiyyə bölgəsində dəyişikliklərin reallaşması zəruridir və bu mütləq baş verəcəkdir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-653.html