29 Mart, 2017
Bu axşam mübarək Rəcəb ayı daxil olur

Bu axşam martın 29-dan 30-na keçən gecə şam azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə mübarək Rəcəb ayını daxil olur.

Həzrəti Məhəmməd(s) buyurur: "Rəcəb ümmətimin istiğfar ayıdır"

Hər kəs bu ayda bir gün oruc tutsa allahın razılığına səbəb olar və ilahi qəzəbdən amanda qalar.

Peyğəmbər(s) buyurur ki, bu ay istiğfar (Allahdan bağışlnma istəmək) ayıdır və ona “Əsəbb” (çox tökülən) deyilir, çünki ilahi rəhmət daha çox nazil olur,bu ayda "Əstəğfirullahə və əs'əluhut tövbə"zikrini çox deyin.

Hədis və rəvayətlərdə Rəcəb ayının hər günündə oxunan çoxlu dualar nəql olunur. İmam Sadiqin(ə) səhabələrindən biri ondan xahiş edir ki, Rəcəb ayı üçün bir dua öyrətsin. İmam(ə) namazlardan sonra ona bu duanı oxumağı tövsiyə edir:

Məhəmməd ibn Zəkvan nəql edir ki, imam Sadiqə (ə) dedim: “Canim sənə fəda olsun, indi Rəcəb ayıdır, mənə elə bir dua öyrət ki, Allah-Taala onunla mənə xeyir versin.” Həzrət buyurdu: “Rəcəb ayında gecə-gündüz namazlardan sonra bu duanı oxu:

يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ [جَمِيعَ‏] شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُ

“Ya mən ərcuhu likulli xəyr, və amənu səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələh, ya mən yu`ti məl-ləm yəs`əlhu, və məl-ləm yə`rifhu təhənnunən minhu və rəhməh, ə`tini biməs`ələti iyyak, cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh, vəsrif ənni biməs`ələti iyyak, cəmiə şərrid-dunya və şərril-axirəh, fəinnəhu ğəyru mənqusin ma ə`təyt, və zidni min fəzlikə ya kərim!”

Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaqlaşdır! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!)

Ravi deyir: “Sonra Həzrət mübarək saqqalını sol əlinə alıb sağ əlinin işarə barmağını yellədərək bu duanı oxumağa başladı:

يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ

“Ya zəl-cəlali vəl-ikram, ya zən-nə`mai vəl-cud, ya zəl-mənni vət-təvl, hərrim şəybəti ələn-nar.”

(Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Haram et saqqalı‎‎ (üzümü) oda – cəhənnəm oduna!)

Bu ayın xüsusi əməlləri ilə aşağdakı linkdə tanış ola bilərsiniz həmçinin Şeyx abbas Quminin "Məfatuhul-Cinan" külliyatına müraciət edə bilərsiniz.

http://ahlibeyt.az/news/a-6518.html

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6529.html