25 Mart, 2017
Səud rejimi Yəməndə 2 mindən çox məktəbi məhv edib

Yəmən Təhsil Nazirliyi məhv edilmiş təhsil ocaqları barədə açıqlama yayıb.

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən,bu barədə RİA agentliyi məlumat yayıb.

Məlumata görə,Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəməndə 2 mindən çox məktəbi məhv edib. Bu haqda Yəmən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin direktoru İsmayıl Zeydan məlumat verib.

Səudiyyə aqressiyası nəticəsində 2306 məktəb və digər təhsil müəssisəsi məhv edilib.”, - deyə o bildirib.

Onun sözlərinə görə, dəymiş zərərin dəyəri 400 milyon dollardır. O, əlavə edib ki, əməliyyatlar nəticəsində onlarla müəllim və şagird həlak olub.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6513.html