24 Mart, 2017
Rusiya və Türkiyə terrorla mübarizəni müzakirə edəcəklər

Martın 29-da Moskvada Rusiya və Türkiyə XİN-ləri arasında terror və mütəşəkkil cinayətkarlıqla  mübarizəyə dair məsələ ətrafında  ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçiriləcək.

Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Danışıqlarda Rusiya tərəfini XİN rəhbərinin müavini Oleq Sıromolotov təmsil edəcək.

Qeyd edək ki, danışıqların əvvəlki raundu Ankarada 2016-cı ilin oktyabrında keçirilmişdi.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6508.html