
Avstraliya hökuməti təhlükəsizlik faktorunu əsas gətirərək 500 suriyalı qaçqına sığınacaq verməkdən imtina edib.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə “Associated Press” məlumat yayıb.
Xəbərə görə, miqrasiya və sərhədlərin təhlükəsizliyi üzrə nazir Piter Datton deyib: “London və digər yerlərdə baş vermiş faciəli hadisələr hökumətimizin bu qərarının düşünülmüş və doğru olduğundan xəbər verir. Bir qrup insanı milli təhlükəsizliyimiz səbəbilə ölkəmizə buraxmayacağıq. Bu qərarımız ehtiyatlandığımız şəxslərə şamil olunacaq. Onlar ölkəmizə buraxmayıb və bundan sonra buraxmayacaqlar”.
Qeyd edək ki, Avstraliya hökuməti 2015-ci ilin sentyabrında Suriya və İraqdan olan 12 min qaçqını qəbul etməyə hazır olduğunu bəyan edib. Bu həftə isə hökumət indiyədək 10 mindən çox insanın Avstraliyaya gəldiyini bəyan edib.