
Suriya paytaxtının Cobar rayonunda antiterror əməliyyatları başlayandan bəri 150-dən çox terrorçu zərərsizləşdirilib, yüzlərlə terrorçu yaralanıb.
Ahlibeyt.az-ın Salamenws-a istinadla verdiyi xəbərə görə, bu barədə Suriya dövlət televiziyası məlumat verib.
Bildirilib ki, ölənlər arasında əcnəbi əsilli ekstremistlər də var. Bundan əlavə, üç minalanmış avtomobil partladılıb və orduya aid hərbi obyektlərə hücum həyata keçirməyə cəhd edən yeddi kamikadze məhv edilib.