22 Mart, 2017
Misirin sabiq prezidenti Hüsnü Mübarək azadlığa çıxıb

Mübarək Qahirədə müalicə edildiyi hərbi hospitaldan çıxarılaraq evinə gətirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Rusiya mətbuatı Misir xəbər agentliklərinə istinadən məlumat yayıb.

Xəbərə görə, Misir məhkəməsi mart ayının əvvəlində eks prezidentin azadlığa çıxması barədə qərar qəbul edib.

Misir Baş Prokurorluğu isə H. Mübarəkin azadlığa çıxması barədə məhkəmə qərarını dəstəkləyib.

Misirin sabiq prezidenti 2011-ci ildə nümayişçilərin ölümündə günahladırılaraq barəsində ölüm hökmü çıxarılmışdı və son 6 ili həbsxanada keçirmişdir.

Hazırda 88 yaşlı eks-prezidentin ağır xəstə olduğu və məhkəmə dinləmələrinə xüsusi çarpayıda gətirilirildiyi qeyd olunur.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6497.html