20 Mart, 2017
Suriya rəhbərliyi BMT-nin xüsusi elçisini qəbul etməkdən imtina edib

Rəsmi Dəməşq BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanı qəbul etməkdən imtina edib.

Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,bu barədə ria məlumat yayıb.

BMT nümayəndəsi De Mistura Cenevrədə keçiriləcək  danışıqlar öncəsi Suriyaya səfər etmək üçün rəsmi Dəməşqə müraciət edib. Lakin Suriya rəhbərliyi BMT nümayəndəsinin məsləhətləşmə aparmaq təklifini rədd edib.

Diplomatik mənbələrdən verilən məlumat görə, de Mistura Dəməşqdə arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Suriya üzrə danışıqların növbəti raunduna martın 23-də start verilməlidir . Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı ilə danışıqların dördüncü raundu martın 3-də başa çatıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6490.html