17 Mart, 2017
Suriya ordu birliklərinə zərbə endirən İsrail təyyarəsi məhv edilib

Suriya Hava Hücumundan Müdafiə Qüvvələri(HHM) ölkə sərhədlərini pozaraq palmira ətrafındakı ordu birliklərinə zərbə endirən İsrail təyyarələrindən birini məhv edib.

Ahlibeyt.az-ın Suriyanın rəsmi Sana agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yaıb.

Məlumata görə,16 mart tarixində gecə saatlarında Suriyanın hava məkanını pozaraq palmira ətrafında yerləşən ordu birliklərinə hava zərbələri endirən 4 təyyarədən biri məhv edilib, digəri atəş nətizcəsində zədələnib,2 təyyarə Suriya ərazisini təkr edib.

Müdafiə nazirliyinin yaydığı bəyanatda bildirilir ki,Suriya ordusuna edilən hücum İŞİD sıralarında yaranmış ruh düşkünlüyünün qaldırılması məqsədi ilə həyata keçirilib və bu kimi addımlarının qarşısı qətiyyətlə alınacaq.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6482.html