16 Mart, 2017
Məhkəmə ilahiyyatçı Sərdar Babayevin apellyasiya şikayətini təmin etməyib

Bu gün Şirvan şəhərində həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının baş redaktoru Sərdar Babayevin apellyasiya şikayətinə baxılıb.

Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə, məhkəmə şikayəti təmin etməyib və Sərdar Babayevi həbsdə saxlayıb. Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Vəkil Cavad Cavadov qeyd edib ki, bu qərardan Ali məhkəməyə şikayət verilməyəcək: “Məqsədimiz Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməkdir.

Xatırladaq ki, Sərdar Babayev barəsində 37 gün həbs qətimkan tədbiri seçilib.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6474.html