
İraq ordu qüvvələri Mosulda İŞİD-in Qədim şəhər məhəlləsinə nəzarət edən komandiri əməliyyat zamanı öldürülüb.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, hərbçilər İŞİD komandiri Əbu Əbdürrəhman əl-Ənsarini Bab əl-Tub mikrorayonu uğrunda aparılan döyüşlərdə zərərsizləşdiriblər.
Qeyd olunub ki,son günlər Mosuldan xeyli İŞİD komandiri qaça bilib, əl-Ənsarinin öldürülməsi ilə şəhərdə qalan terrorçulara ağır zərbə hesab olunur.
Bildirilib ki, İraq ordusu könüllü qüvvələrin dəstəyilə Mosuldakı Polad körpüyə yaxınlaşıb. Körpü azad edilərsə, Mosulda Dəclə çayı üzərindəki 5 əsas körpüdən üçü ordunun nəzarətinə keçmiş olacaq. Əsgərlərin artıq körpünün 100 metrliyinə çatdıqları qeyd olunur.