4 Yanvar, 2012
İraqın Əhli-sünnə Alimləri Cəmiyyəti Tunisdə yaşayan vahhabi alimin həbs olunmasını istəyir
Şeyx Xalid əl-Molla

İraqın Əhli-sünnə Alimləri Cəmiyyəti İraq hökümətindən istəyib ki, Tunisdəki səfirlik vasitəsilə Tunisdə yaşayan vahhabi alimi Əbu İyaz Tunisidən şikayət edilsin.

Cəmiyyətin sədri Şeyx Xalid əl-Molla həmin vahhabi aliminin son çıxışı zamanı vahhabiləri İraqda terror aktları törətməyə dəvət etməsini və hətta bu əməlin şəriət baxımından vacib olmasını deməsini sərt qınayaraq onun həbs edilməsi istəyib.

Cəmiyyət sədri bütün iraqlıları ayıq olmağa səsləyərək deyib ki, vahhabilər və Səddamın tör-töküntüləri xalqın qanını axıtmaq və ölkədə hərc-mərclik yaratmaq istəyirlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-646.html