14 Mart, 2017
Kiyevdə “Əhli-beyt” məscidi açılır

Kiyevin “əl-Mustafa” müsəlman dini icması Troyeşina yaşayış massivində Əhli-beyt hüseyniyyəsi kimi fəaliyyət göstərəcək məscid açır.

Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Kiyevdə Dnepr çayının sağ sahilində də dini icma tərəfindən açılmış "Rəsulullah" məscidi mövcuddur.

Odessadakı Əhli-beyt hüseyniyyəsi yarım ildir ki, fəaliyyət göstərir. Hazırda Poltava vilayətində Kremençuq şəhərində “Əhli-beyt” məscidinin açılışı planlaşdırılır. Bundan əlavə Əhli-beyt məscidləri artıq uzun müddətdir ki, Vinnitsa və Xarkov şəhərlərində mövcuddur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6458.html