14 Mart, 2017
“İnam” verilişinin efir vaxtı dəyişdirildi

Bu həftədən etibarən Space TV-də efirə çıxan “İnam” verilişi tamaşaçılara yeni vaxtda təqdim ediləcək.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə İslam.az-a verilişin müəllifi və aparıcısı Qarabağ Seyid Ocaqları İctimai Birliyinin sədri, şərqşünas Seyid Camal Əzimbəyli məlumat verib.

Ölkə teleməkanında mənəvi müstəvidə fəaliyyət göstərən çox nadir verilişlərdən olan və kifayət qədər maraqla izlənilən “İnam” bu həftədən hər cümə axşamı saat 22.40-da efirə gedəcək.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6456.html