
Bəhreyndən verilən son xəbərlərə əsasən, 55 yaşlı Fəxriyə Casim Sukran adlı xanım şəhadətə çatıb.
Bildirilir ki, Ali Xəlifə polisinin yanvar ayının 1-i axşam İmam Həsənin(ə) şəhadət gecəsini qeyd edən əzadarlara hücumu zamanı, polisin əzadarlıq məclisini dağıtmaq üçün istifadə etdiyi zəhərli qazdan zəhərlənmiş bu xanım bir neçə gün xəstəxanada müalicə alsa da onun həyatını xilas etmək mümkün olmayıb.