
Bu gün səhər saatlarında ABŞ səfirliyi yaxınlığında yerləşən hərbi hospitalda əvvəlcə güclü partlayış olub, sonra atışma başlayıb.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Silahlıların hücumu nəticəsində ölü və yaralıların da sayı artır. Son məlumata görə, 4 nəfər ölüb, 60 nəfər yaralanıb.
Son məlumatlara görə,dünyasını dəyişənlərin sayı 30 nəfərə çatıb.Ölən və yaralananlar hospitalda müalicə alanlar və həkim personalıdır.
Yerli mətbuat 4 silahlının hospitala daxil olduğunu, beşinci silahlının hospitalın giriş qapısında üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partlatdığını yazıb.
Əfqanıstan təhlükəsizlik qüvvələri silahlılardan ikisini zərərsizləşdirib. Hospitalın daxilində olan iki silahlı hələ də müqavimət göstər.
Məlumata görə, silahlılar hospitala həkim briqadası geyimində daxil olub.
İŞİD terror təşkilatı Əfqanıstan paytaxtında hərbi hospitala hücuma görə məsuliyyəti öz üzərinə götürüb.