
"Çin zərurət yaranacağı təqdirdə İran və Səudiyyə Ərəbistanı arasında fikir ayrılıqlarının həllində vasitəçi rolunu oynamağa hazırdır".
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, “RiaNovosti-nin məlumatında qeyd edilir ki, bu barədə Çin xarici işlər naziri Van-İ bildirib.
“Ümid edirik ki, Səudiyyə Ərəbistanı və İran bərabərhüquqlu dostcasına danışıqlar vasitəsilə aralarındakı fikir ayrılıqlarını həll edə biləcəklər. İran və Səudiyyə Ərəbistanının ümumi dostu olan Çin zərurət yaranacağı təqdirdə bu dialoqda lazımi rolu oynamağa hazırdır”, - deyə Van İ Ümumçin Xalq Nümayəndələri Yığıncağı illik sessiyası çərçivəsində mətbuat konfransında bildirib.
Xatırladaq ki, ər-Riyad və Tehran arasındakı münasibətlər 2015 ci il Həcc ziyarəti zamanı həyatını itirmiş yüzlərlə iranlı zəvvarla bağlı iki ölkə arsında yaranmış problem və 2016-cı ilin yanvarında diplomatik əlaqələr kəsildikdən sonra gərgin olaraq qalır.