3 Yanvar, 2012
Filippində rahibə İslam dinini qəbul edib

Filippində müsəlmanlar arasında İslam dinini təbliğ edən rahibə İslam dinini qəbul edib.

Hal-hazırda Kolo məntəqəsində yaşayan Xanım Marsidta Deyvira İslam dinini qəbul etməsinin səbəblərini açıqlayarkən deyib ki, yaşayışın məqsədini İslam dinində tapdım. Allah öz rəhmətini mənə nazil edərək məni İslam dininə hidayət etdi deyən Xanım Deyvira İslam dinini qəbul etməsini həyatının ən böyük və mühüm hadisəsi olduğunu bildirib.

İslam dininin terrorizmlə heç bir əlaqəsi olmadığını deyən Xanım Deyvira deyib ki, İtaliyada və İspaniyada katolik təhsil aldıqdan sonra müsəlmanlara xristianlığı təbliğ etməyi qərara alıb Mindanao adasına gəldim. Mənə müsəlmanların qan tökən olduğunu demişdilər. Burada, müsəlmanların arasında öz gözlərimlə başqa şeylərin şahidi oldum ki, bu da məndə İslam dininə qarşı maraq oyatdı. Və araşdırmalardan sonra İslam dinini qəbul etdim.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-643.html