
Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində inşaat işlərinin nə zaman başa çatacağı barədə açıqlama verib.
Ahlibeyt.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, inşaat-quraşdırılma işləri 2 ay sonra başa çatacaq.
Onun sözlərinə görə, bundan sonra iki ay ərzində marşrut üzrə sınaq gedişləri həyata keçiriləcək.
Türkiyəli nazir bildirib ki, bu ilin iyun ayından Bakı-Tbilisi-Qars dəmir yolunda dizel lokomotivləri işə salınacaq.