6 Mart, 2017
Suriyadan İŞİD-ə növbəti zərbə: 7 yaşayış məntəqəsi azad edildi

Suriya ordusu İŞİD terror təşkilatına qarşı uğurlu əməliyyat keçirib.

Ahlibeyt.az-ın məlumatına görə,bu barədə İslamazeri.az Sana-ya istinadən xəbər verib.

Məlumata görə. Suriya ordusu və müttəfiq xalq könüllülərinin dəstələri Hələbdən şimal-şərqdə yerləşən 7 yaşayış məntəqəsini İŞİD terror təşkilatından azad edib.

Suriya hərbi komandanlığının nümayəndəsinin məlumatına görə, söhbət Samiyyə, Hirbət-Aşini, Subhət Səlma, Təbbara-Kilş, Umm-Mayəla, Əbu Hənəyya və Ras Duvali kəndlərindən gedir. Keçirilmiş uğurlu xüsusi əməliyyat nəticəsində onlarla terrorçu məhv edilib. Öldürülmüş silahlılar arasında xarici ölkə vətəndaşları da var.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6418.html