4 Mart, 2017
Səudiyyə Ərəbistanı Həcc kvotasını 8 milyondan 30 milyona çıxaracaq
Hökümət bu kvotaya 2030-cu ilə kimi nail olunacağını açıqlayıb

Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə,Səudiyyə Ərəbistanı 2030-cu ildə həcc və ümrə ziyarətləri üçün kvotanı 30 milyona çatdıracaq.

Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun (SAGİA) sədr köməkçisi Faysal Bassarat 30 milyonluq kvotanın hökümətin hədəfində olduğunu bildirib.

O, hökümətin bu istiqamətdə iş apardığını açıqlayıb: "Hər il həcc və ümrə ziyarətini 8 milyon insan yerinə yetirir. 2030-cu ilə kimi bu kvotanı 30 milyona yüksəltməyi hədəf seçmişik".


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6402.html