Çinin Ninsya-Xuey muxtar rayonunda yüzlərlə müsəlman uyğur Çin polisinə qarşı etiraz nümayişində iştirak edib. 
Polislə  qarşıdurma yerli məscidlərin birində başlayıb. Hakim dairələr yenicə  tikilmiş məscidi qanunsuz sayıblar və onu sökmək istəyiblər. Yerli  müsəlmanlar öz ibadət yerlərinin müdafiəsinə qalxıblar. 
Yerli  hüquq mücdafiəçilərinin bildirdiyinə görə, hadisə zamanı ik nəfər ölüb,  50 nəfər yaralanıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan,  dəyənəklərdən və başqa vasitələrdən istifadə edib. 
Qeyd edək ki,  Çinin 6 milyondan çox insan yaşayan Ninsya-Xuey muxtar rayonunda yerli  əhali əsasən müsəlmandır, oğuz qrupuna daxil olan salar dilində və  qismən çincə danışırlar. Pekinin son illərdə rayona çox sayda çinli  köçürməsinə və yerli əhalinin payı 35 faizə düşməsinə baxmayaraq yerli  əhali öz dini inancına hörmətlə yanaşır.
anspress.com