3 Mart, 2017
DTX rəisi: “Azərbaycanın 900-dək vətəndaşı Suriya və İraqda terrorçulara qoşulub”

Azərbaycanın 900-dək vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqda terrorçulara qoşulub”.

Ahlibeyt.az-ın  Apa-ya istinadən xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, onlardan çoxu döyüşlər zamanı öldürülüb.

M. Quliyev qeyd edib ki, onlardan 84 nəfər şəxs cinayət məsuliyyətinə cəlb  olunub, son bir ildə 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6392.html