3 Mart, 2017
Suriya ordusu “Nusra Cəbhəsinin” qərargahını məhv etdi

"Nusra Cəbhəsi" terror təşkilatının qərargahı məhv edilib.

Ahlibeyt.az-ın islamazeri-yə istinadən məlumatına görə,bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.

Xəbərə əsasən, Suriya ordusu paytaxt Dəməşqin yaxınlığında yeləşən Hərasta yaşayış məntəqəsindəki “Nusra Cəbhəsi” terror təşkilatının qərargahını məhv edib.

Hərbi mənbədən verilən məlumata görə, hərbçilər terrorçulara məxsus komanda məntəqəsi ilə yanaşı, yeraltı tuneli də nəzarət altına alıblar.

Məlum tunelin Hərastadan paytaxtın yaşayış kvartallarına terrorçuların daşınması üçün istifadəsi nəzərdə tutulmuşdu. Onun uzunluğu təxminən 220 metrdir.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6391.html