2 Mart, 2017
Fransada Xocalı soyqırımının tanınması üçün PETİSİYA təqdim olunub

Fransalı vəkil Olivye Pardo tərəfindən Fransa hakimiyyətinin Xocalı soyqırımını tanıması üçün petisiya təqdim edilib.

Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, petisiya change.org saytında dərc olunub və ölkə hakimiyyətinə müraciət olunub.

Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş soyqırım zamanı 613  nəfərin öldürüldüyü, 1275 nəfərin girov götürüldüyü vurğulanıb.

Petisiyada deyilir: "Bəzi fransalılar Xocalı faciəsi barədə məlumatlıdırlar, lakin Fransa hakimiyyəti bu hadisədən xəbəri olsa da, günahkarların məsuliyyətə cəlb olunması zərurətindən yayınmaq üçün susmağa üstünlük verir.

Petisiyanı buradan imzalamaq olar - Daxil ol

Qeyd edək ki,petisiyanı imzalayanların sayı artıq 8 mini keçib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6386.html