2 Mart, 2017
Dindarlıq insanı ilahi qüdrət mənbəyinə qovuşdurur

Görkəm və libasına görə heç kəsin haqqında mühakimə yürütməyin və onu bunlarla dəyərləndirməyin, çünki, insanların arasında Allahın dosları tanınmaz haldadırlar, ola bilsin ki, onları təhqir edəsiniz.

Din alimi höccətül - islam Hüseyn Ənsariyan bildirir: "İnsanın yeganə nicat yolu Allahın dini ilə razılaşmaqdır. Bu həm də Allahın razılıgını bizə nəsib edəcəkdir. Əgər insan bu dinə razı olsa, yer üzərində yaşamaga baxmayaraq ərşin üstündə gəzəcəkdir.

 

Dindarlıq insanın üzünə şeytanın yollarını baglayır və insanı ilahi güc və qüdrət mənbəyinə qovuşdurur. Belə ki, sankı Allah kimi “ol” dedikdə olur.

 

Dindarlıq edən insanın ölmüş vücudu dirilir. Elə bir güc, enerji və qüdrət əldə edir ki, onunla böyük işlər görmək iqtidarına malik olur.

 

Peygəmbər(s) buyurur: "Görkəm və libasına görə heç kəsin haqqında mühakimə etməyin və onu bunlarla dəyərləndirməyin. Çünki ki, insanların arasında Allahın dosları tanınmaz haldadırlar, ola bilsin ki, onları təhqir edəsiniz, bir halda ki, onlar Allahın əsl bəndələridirlər".

 

Dinimizin təlimlərinə əsasən insan Allahın bəndələrinə bədbin və aşagılayıcı nəzərlərlə baxmamalıdır. Özünüdə öyməməli və xudbinlik etməməlidir. Biz Allahdan istəyirik ki, bir an belə bizi öz başımıza buraxmasın. Dindar olmaqda bizə kömək olsun, çünkü dindarlıq insanın özü və ətrafındakı çevrəsinə təsir qoymaq gücü verir."

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6385.html