
Dünən gecə Nyu-Yorkun Kuins rayonunda "İmam Xoyi Fondu"na məxsus İslam Mərkəzinin binasına naməlum şəxslər tərəfindən Molotov kokteylləri atılıb.
Bildirilir ki, mərkəzin binasında baş verən yanğının qarşısı köməyə gəlmiş yanğınsöndürənlər tərəfindən tez bir zamanda alınıb. Hadisə yerinə gələn polislər təhqiqata başlayaraq hadisə ilə bağlı cinayət işi açıblar.
Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.