2 Mart, 2017
Suriya ordusu qədim Palmira şəhərinə daxil olub

Suriya ordu birləşmələri və könüllülər İŞİD terror təşkilatının nəzarətində olan antik Palmira şəhərinə daxil olub.

Ahlibeyt.az-ın Tass-a istinadən verdiyi xəbərə görə,məlumat AFP agentliyi tərəfindən yayımlanıb.

Məlumata görə, hökumət qoşunları şəhərə qərb istiqamətdən daxil olub.Həmçinin Palmira şəhəri ətrafını nəzarətdə saxlaya bilən Cəbəl ət-Tar və Cəbəl - Xayal yüksəkliklərində qərərlaşan İŞİD qruplaşması  Suriya ordu qüvvələri və Livanın "Hizbullah"təşkilarına bağlı silahlı birləşmələr tərəfindən azad edilib.

Qeyd edək ki, İŞİD terrorçuları Palmira şəhəri 2015-ci ilin mayında işğal ediblər. 2016-cı ilin martında yaraqlılar oradan çıxarılıb, lakin dekabr ayında İŞİD şəhər üzərində nəzarəti yenidən ələ keçirib.Şəhərdəki bir çox antik tikililər İŞİD tərəfindən təmamən dağıdılıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6376.html