20 Fevral, 2018
Bu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür

Bu gün 20 fevral - hicri qəməri tarixi ilə Cəmadiyüs-sani ayının 3-ü Vilayət yolunun ilk şəhidi Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür. Bu şəhadət münasibətilə başda Hz.Mehdi(ə.f) olmaqla bütün müsəlmanlara təsliyyət diləyirik.

Rəvayatlərə görə,İslam peyğəmbərinin(s) əziz qızı xanım  Fatimeyi-Zəhra(s.ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından 75 və ya 95 gün sonra – hicri qəməri 11-ci il(miladi 632-ci il) cəmadiyül-əvvəl ayının 13-də və ya həmin ilin cəmadiyüs-sani ayının 3-də  Mədinədə dünyasını dəyişmişdir.

Öz vəsiyytinə əsasən, dəfnində narazı olduğu insanların iştirak etməməsi üçün Həzrət Əlinin (ə) və  məhdud sayda peyğəmbər səhabələrinin iştirakı ilə gecəyarı torpağa tapşırılmışdır. Məzarının harada olması bu günə qədər gizli qalmışdır.Həzrəti Zəhranın Peyğəmbər məscidində və ya Bəqi qəbristanlığında dəfn olunduğunu ehtimal olunur.

Fatimə(s.ə) Peyğəmbər(s)-in vəfatından sonra az bir müddət yaşadı. Bu müddət ərzində  heç kim onu gülərüz görmədi. Həftədə iki dəfə(I və III günlər) Ühüd şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və dua oxuyardı. O Xanım vəfat edənə kimi bu işi davam etdirirdi.

Peyğəmbər buyurur-"Həqiqətən, Allah Fatimənin razılığına razı olar və qəzəbinə qəzəblənər".

Əziz İslam peyğəmbərinin vəfatından dərhal sonra baş verənlər qarşısında özünü mübarizə meydanına atan Fatimeyi Zəhra İmamət yolunda özünü fəda edən ilk şəxsdir.demək olar bütün araşdırmalar onu göstərir ki,peyğəmbərdən sonra İmamətin mövcudluğu bu əzəmətli xanımın şəhadəti qarşılığında mümkün oldu.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6375.html