
Danimarka paytaxtı Kopenhagendə İmam Əli(ə) adına məscidin nəzdində Quran evi fəaliyyətə başlayıb.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, "Quran evinin" açılış mərasimi cümə günü baş tutub.
Kopenhagendə İmam Əli (ə) adına olan məscid 2015-ci ildən fəaliyyət göstərir. Və Danimarka şiələrinin ən böyük məscididir.
Məsciddə eyni zamanda 1500 nəfər namaz qıla bilir.
Qeyd edək ki,Danimarkanın hazırda əlalisi 5 700 000 nəfərə yaxındır və rəsmi məlumatlara görə ölkə əhalisinin 3%-ni müsəlmanlar təşkil edir.
.jpg)