
Suriya ordusu ölkə ərazisini terrorçulardan təmizləməyə davam edir
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə SANA mlumat yayıb.
Suriya ordusu xalq könüllülərinin dəstələrinin yardımı ilə İŞİD terrorçularını Palmiradan cənub-şərqdə yerləşən strateji əhəmiyyətli yüksəklikdən vurub çıxara bilib.
Hərbi mənbədən verilən məlumata əsasən, hərbçilər bazar günü “939,5” yüksəkliyi üzərindəki nəzarəti bərpa ediblər. Məlum yüksəklik əl-Xəyal dağlıq rayonundakı hakim yüksəklikdir.