27 Fevral, 2017
Nəticələr açıqlandı - Modern.az saytının “Hansı dini ekspert və ya ilahiyyatçıya inanırsınız?

Modern.az saytının “Hansı dini ekspert və ya ilahiyyatçıya inanırsınız?” mövzusunda keçirdiyi sorğu yekunlaşıb. Nəticələr də artıq məlumdur.


Ahlibeyt.az-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, sorğuda  bir sıra tanınmış din xadimi və ilahiyyatçının adları daxil edilmişdir.


Saytın məlumatında bildirilir:


"Azərbaycan mətbuatının cəmiyyətə tanınmış din xadimi, dini ekspert, ilahiyyatçı kimi təqdim etdiyi simaların sırası elə də geniş deyil. Bəs hazırda efirlərdə, kütləvi-informaisya vasitələrində islam dinini mütəxəssisi kimi müxtəlif mövzularda izah verən həmin şəxslərə inam nə qədərdi?.. 

Oxuculardan bu suala cavab istəmişdik. Sorğumuzda 10 mindən çox respondent iştirak edib."

Sorğunun nəticəsinə görə, “Məşədi Dadaş” məscidinin imam-camaatı hacı Şahin Həsənli respondentlərin ən çox etibar etdiyi din xadimidir. Belə ki, o, 58,2 faiz səs toplayaraq sorğudakı əsas rəqibi hacı İlqar İbrahimoğlunu geridə qoyub.

Sorğuda ikinci olan hacı İlqar İbrahimoğlu isə 37,6 faiz səs toplayıb.

Qeyd edək ki, sorğuda cəmiyyətin uzun illərdir tanıdığı
şeyxülislam Allahşükür Paşazadə, hacı Sabir Həsənli, Vasim Məmmədəliyev və digər din xadimləri, ilahiyyatçı və dini ekspertlər əhəmiyyətli səs toplaya bilməyiblər.

 

Sorğunun ümumi nəticələri aşağıdakı kimi olub:


Hacı Şahin Həsənli (58.2%)
Hacı İlqar İbrahimoğlu (37.6%)
Elşad Miri (3.28%)
Vasim Məmmədəliyev (0.27%)
Şeyxülislam Allahşükür Paşazadə (0.24%)
Hacı Sabir Həsənli (0.16%)
Rafiq Əliyev (0.10%)
Hacı Fuad Nurullayev (0.01%)


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6351.html