
Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının redaktoru, ilahiyyatçı Sərdar Babayev polis tərəfindən saxlanılaraq məhkəməyə aparılıb.
Ahlibeyt.az-ın islamazeri.az-a istinadla verdiyi xəbərə görə, bir gün öncə məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 168-ci maddəsi ilə ittiham olunur. Belə ki, sözügedən maddəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması qadağandır. Sərdar Babayevin də məhz bu tələbi pozduğu bildirilir.
Qeyd edək ki, S.Babayev barəsində cinayət işi təqribən bir ay əvvəl başlanılıb və o, həbs olunana qədər bir neçə dəfə Masallı Polis İdarəsinə çağırılıb.