
Danimarkada Qurani-kərimi yandırdıqdan sonra videosunu sosial şəbəkələrdə paylaşmış şəxs mühakimə ediləcək.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, Danimarkada dövlət prokuroru Jan Rekendorf 2015-ci il dekabr 27-də evinin bağçasında müqəddəs kitabı yandırdıqdan sonra videosunu “Facebook” sosial şəbəkəsində paylaşmış 42 yaşlı şəxs haqqında cinayət işinin açılmasına dair qərar qəbul edib.
Barəsində ittihamnamə hazırlanmış şəxs Danimarka Cinayət Qanununun 140-cı maddəsi (dinin təhqir edilməsi) üzrə mühakimə ediləcək.