23 Fevral, 2017
İraq bir neçə istiqamətdən Mosul hava limanına hücuma keçdi

İraq təhlükəsizlik qüvələri Mosul əməliyyatında irəliləməyə davam edir.

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə Sky News Arabia” telekanalı məlumat yayıb.

Xəbərə əsasən, İraqın təhlükəsizlik qüvvələri Mosul hava limanına və şəhərdən cənub-qərbdə əl-Qazləni düşərgəsinə hücuma keçib.

Mənbənin verdiyi məlumata əsasən, federal polis dəstələri və çevik qüvvələr aviasiya və ağır artilleriyanın dəstəyi ilə bir neçə istiqamətdən hava limanına hücuma keçib. İŞİD terror təşkilatına məxsus çox sayda müdafiə istehkamları məhv edilib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6331.html