1 Yanvar, 2012
ABŞ Talibana 100mln dollar məbləğındə yardım edib

Dünənə kimi Taliban qruplaşmasını düşmən adlandıran ABŞ-ın Talibana 100mln dollar məbləğındə yardım etdiyi məlum olub.

Əfqanıstanın "Armane milli"(Milli hədəflər) adlı qəzeti xəbər verir ki, ABŞ Taliban qruplaşmasının Qətərdə yaradacağı nümayəndəliyinə 100mln dollar məbləğındə yardım edib.

Qəzetin bildirdiyinə görə, Almaniya höküməti də Taliban qruplaşmasına yardım etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın vitse-prezidenti Cozef Bayden müsahibələrinin birində bildirmişdi ki, Taliban artıq ABŞ-ın düşməni deyildir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-633.html