22 Fevral, 2017
Türkiyə silahlı qüvvələrində hicab qadağası aradan qaldırılıb

Milli Müdafiə Nazirliyinin çıxardığı qərara əsasən,Türkiyə Silahlı qüvvələrində,Baş qərargah və ona dağlı birkiklərdə çalışan qadın gizir və zabitlər istədiyi halda hicab geyinə biləcək.

Ahlibeyt.az-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, dəyişiklik yalnız vəzifəli hərbçilərə deyil, tələbələrə də aid edilib.

Qadın hərbçilər rəsmi geyimləri ilə birlikdə hərbi papaq,biret və digər baş geyimlərinin altından başlarına taxdıqları uniforma rənginə uyğun olaraq bəzəksiz baş örtükləri (hicab) üzlərini bağlamayacaq formada istifadə edə bilərlər.

Qərar “Resmi Gazete”də dərc olunduqdan sonra qüvvəyə minəcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6327.html