
Cocuq Mərcanlı kəndində Şuşa məscidinə oxşar məscid tikiləcək.
Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
A. Paşazadə bildirib ki, bununla bağlı prezident İlham Əliyev ona öz tövsiyələrini verib: "Məhz cənab prezidentin ideyası ilə Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək".
Qeyd edək ki, 2 aprel 2016-cı il tarixdəCəbrayıl rayonu Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.