20 Fevral, 2017
ABŞ-da Kitsab şəhəri məscid sahibi oldu

Amerikanın Vaşinqton əyalətininin Kitsap şəhəri müsəlmanları on il intizar çəkdikdən sonra və yerli sakinlərin maddi dəstəyi ilə məscid sahibi oldular.

Ahlibeyt.az-ın iqna-ya istinadən verdiyi xəbərə görə, Amerikanın Vaşinqton əyalətininin Kitsap şəhəri (Kitsap County, Washington) müsəlmanları on il intizar çəkdikdən sonra,yerli sakinlərin maddi dəstəyi ilə məscid sahibi oldular.

"Kitsapsun" xəbər və informasiya portalının yaydığı məlumatda bildirilir ki, bu məscidin açılışından öncə Kitsap şəhərinin əksəriyyəti İraq Kürdüstanından mühacirətdə olan on beş müsəlman ailəsi camaat namazlarını müsəlmanlardan birinin evində qılırdılar.

Kitsap məscidinin Mərakeş əsilli imam-camaatı Əhməd Əmu bildirib: "Biz burada bütün insanlara xoş gəldin deyirik və qapımız hamıya açıqdır."

O, Kitsap şəhərinin yerli sakini olan Cef Krugerin beş il öncə Quran- Kərimi oxuduqdan sonra İslam dinini qəbul etməsinə və müsəlman olmasına işarə edərək: "Bu şəhərdə məscid olmadığı üçün Cef Kruger və bir çox müsəlmanlar məcbur olaraq Cümə namazını qılmaq üçün "Siyatetl" şəhərinə gedirdilər".

Əhməd Əmu qeyd edib ki, məscid tikmək üçün münasib məkan tapmaq problem və çətin idi. Amma şəhərin "Meryin Drayv" bankı bağlandıqdan sonra müsəlmanlar 21 min dollar civarında pul toplayaraq bu bankın binasını aldılar və bu binanı məscid etdilər.

Bilidirlib ki,bir çox müsəlman ailələri özlərinin dar günləri üçün qənat edib topladıqları vəsaitlərini məscidin alınması üçün hədiyyə ediblər.

 

شهر «کیتساپ» در واشنگتن صاحب مسجد شد

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6314.html