
Pakistanın güc strukturların keçirdiyi xüsusi əməliyyat nəticəsində 100-dən çox silahlı məhv edilib.
Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan ordusunun mətbuat xidməti açıqlama yayıb.
“Sind əyalətində törədilmiş terror aktından sonra son sutka ərzində 100-dən çox terrorçu məhv edilib, çox sayda saxlanılanlar var”, məlumatda bildirilir.
Ötən gün Pakistanın cənubunda yerləşən Sind əyalətində məscid-ziyarətgahda törədilmiş terror aktı nəticəsində axşam namazına toplanmış 88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Məlumata görə, İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürülüb.