
Uşaqların Quran öyrənməsi məqsədilə kömpüterlərdə istifadə etmək üçün xüsusi proqram təminatı hazırlanır və qarşıdan gələn Ramazan ayında uşaqların istifadəsinə veriləcək.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, yeni proqramın uşaqlara Quran öyrətmək sahəsində ən yaxşı və ən əhatəli proqram olduğu bildirilir. Proqram İranın "Sirac" mədəni məhsulları istehsalı şirkəti tərəfindən hazırlanır.
Məlumatda bildirilir ki, cari ilin Ramazan ayında proqram ilk olaraq Ərəb, Fars və İngilis dillərində istifadəyə veriləcək.
Uşaqların Quran öyrənməsi və əzbərləməsi üçün istifadə olunacaq bu proqramın 25 dildə hazırlanacağı bildirilir.