
Səudiyyə Ərəbistanına Yəmən tərəfdən iki ballistik raket atılıb.
Ahlibeyt.az-ın Trend-ı istinadən verdiyi xəbərə görə,bu barədə səudiyyə ərəbistanı rəsmi SPA agentliyi məlumat yayıb ki, hər iki raket zərərsizləşdirib.
Husilərə məxsus "Əl-Məsirə" telekanalı isə Səudiyyə Ərəbistanının Əbhə hava limanına atılan ballistik raketlərin hədəfə çatdığını iddia edir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı-Yəmən sərhədində silahlı qarşıdurmalar nəticəsində fevralın 1-dən etibarən 17 hərbçi həlak olub.