
İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,bubarədə RiaNovosti agentliyi məlumat yayıb.
Xəbərə görə, ABŞ başçılığı ilə beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində İŞİD-in Mosuldakı hərbi polisinin rəhbəri İsmayıl Əl-Hədidi məhv edilib.
Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatına keçən il oktyabrın 17-də başlanıb. İndiyə qədər Mosulun şərq hissəsi terrorçulardan təmizlənsə də, şəhərin qərb hissəsi terrorçuların nəzarəti altındadır.