13 Fevral, 2017
Tennessi İslam Mərkəzində Quranla tanışlıq - Foto

Amerikanın Tennessi əyalətinin "Çatanuqa İslam Cəmiyyəti Mərkəzi" Quran-Kərimlə maraqlanan və müsəlmanlarla tanış olmaq istəyənlərə evsahibliyi etdi.

Ahlibeyt.az-ın iqna-ya istinadən məlumatına görə, Amerikanın Tennessi əyalətinin "Çatanuqa İslam Cəmiyyəti Mərkəzi" Quran-Kərimlə maraqlanan və müsəlmanlarla tanış olmaq istəyənlərə evsahibliyi etdi.

"Times Free Press" xəbər və informasiya portalının yaydığı məlumatda deyilir ki, Amerikanın Tennessi əyalətinin "Çatanuqa İslam Cəmiyyəti Mərkəzi" hər il olduğu kimi bu il də illik "müsəlman qonşum ilə tanışlıq" layhiəsi çərçivəsində Quran-Kərimlə maraqlanan və müsəlmanlarla tanışmaq olmaq istəyənlər bu fürsəti yaratdı.

Keçən həftənin altıncı günü, Fevral ayının 11-də, bu regionda yaşayan mindən çox adam günün ikinci yarasında "Çatanuqa İslam Cəmiyyəti Mərkəzi"ndə qonaq oldular. Onlar bu görüşə ailə, uşaq və dostları ilə getmişdilər.

"Çatanuqa İslam Cəmiyyəti Mərkəzi"nin toplantı salonunda yüzlərlə insan müsəlman dostları ilə söhbət edir, Quran və İslamla maraqlanır, suallarına cavab alır və onlara tədqim edilmiş kitabçaları mütaliə edirdilər.

Qonaqlara pulsuz kitabçalar, braşuralar və Quran-Kərim nüsxələri tədqim edilir və onlar çay və şirini süfrəsinə qonaq olunurdular.

Qonaqlar öz müsəlman qonşuları ilə selfi çəkdirməyi də unutmayıblar. Selfi şəkili çəkdirənlər arasında Çatanuqa polisi də öz rəsmi geyim forması ilə görünür.

Qonaqlar sonda bu fürsəti yaradanlara öz təşəkkürlərini bildirib və İslam və müsəlmanlar haqqında verilən məlumatların dəyərli və əhəmiyyətli olduğunu vurğulayıblar.

"Müsəlman qonşum ilə görüş" proqramının bu cür izdihamlı qarşılanması müsəlmanlar tərəfindən regionda yaşayan qeyri-müsəlmanların öz müsəlman qonşularına və həmşəhərlilərinə göstərdikləri ehtiram və hörmət kimi dəyərləndirildi.


آشنایی با قرآن، مرکز اسلامی تنسی

آشنایی با قرآن، مرکز اسلامی تنسی

آشنایی با قرآن، مرکز اسلامی تنسی

آشنایی با قرآن، مرکز اسلامی تنسی

آشنایی با قرآن، مرکز اسلامی تنسی

آشنایی با قرآن، مرکز اسلامی تنسی

آشنایی با قرآن، مرکز اسلامی تنسی


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6282.html