31 Dekabr, 2011
Xristianları Milad münasibətilə təbrik etmək müstəhəbdir!

Səudiyyə Ərəbistanı Alimlər Şurasının üzvü, vahhabi alimi Şeyx Hatəm əş-Şərif bütün vahhabi dünyasını şoka sala biləcək fətva verib.

Şeyx Hatəm məsihiləri Milad münasibətilə təbrik etməyin müstəhəb əməl olduğunu bildirib. O deyib ki, Milad dini bir bayram olduğundan məsihiləri bu münasibətlə təbrik etmək olar. Əgər bu qeyri-dini bayram olsaydı, o zaman təbrik demək haram sayılardı. Çünki dini və qeyri-dini bayramların arasında təfavüt var.

Hz.Rəsuləllahın(s) digər din nümayəndələrini onların bayramlarında təbrik etdiyini bildirən şeyx deyib ki, Peyğəmbərin(s) bu işi görməsi onu deməyə əsas verir ki, bu əməl müstəhəbdir.

Qeyd edək ki, bu ilk vahhabi alimidir ki, qeyri-müsəlmanların dini bayramlarında onları təbrik etməyə icaə verib. Şeyx Hatəmdən başqa heç bir vahhabi alimi qeyri-müsəlmanları onların dini bayramlarında təbrik etməyə icazə vermirlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-628.html